Xəzər Xəbər

F1 çempionu Şumaxer komadan ayıla bilər ABŞ klinikası metodu açıqladı

İdman | 17:10 • 29 Aprel 2018
F1 çempionu Şumaxer komadan ayıla bilər

2013-cü ildə Alp dağlarında xizək sürərkən ağır yaralanan və komaya düşən məşhur Formula 1 pilotu Mixail Şumaxerin sağalması üçün ümid işığı doğub.

ABŞ-da yerləşən Dallas tibb mərkəzi Şumaxerin sağalması üçün yeni tibbi metodlardan istifadə edə biləcəyini deyib.

Klinika Cenevrə gölü yaxınlığında yerləşən evində həyat mübarizəsi aparan Şumaxeri müalicə üçün Texasa dəvət edib.

Dallas tibb mərkəzinin professoru Miks verdiyi açıqlamada "travmatik xəstələr üzərində yetərincə tibbi təcrübə toplamışıq. Avropada bizim tətbiq edəcəyimiz müalicəni heç bir klinika edə bilməz. Biz burada travma müalicəsi alacaq xəstələrə daha yaxşı şanslar veririk” deyib.

Şumaxerin ABŞ-a köçməsi üçün icazəni yalnız onun həyat yoldaşı Korrina Şumaxer verə bilər.

Qeyd edək ki, Mixael Şumaxer 7 dəfə F1 üzrə dünya çempionu olub.

Xəbər lenti