Xəzər Xəbər

Bu gün həftənin nəhəng derbisi var Böyüklər liderlik üçün tər tökəcək

İdman | 17:17 • 29 Aprel 2018
Bu gün həftənin nəhəng derbisi var

Bu gün Türkiyə Super Liqasında 31-ci turun son oyunları keçiriləcək.

Turun mərkəzi oyununda turnirin lideri "Qalatasaray” ən yaxın rəqibi, son iki mövsümün çempionu "Beşiktaş”ı qonaq edəcək. Bu derbi turnirin liderinin müəyyən edilməsində önəmli rol oynayacaq.

Günün ikinci görüşü isə "Başakşehir” - "Osmanlıspor” arasında baş tutacaq. Turnirin autsayderlərindən olan "Osmanlıspor” liqadan düşməmək, "Başakşehir” isə səfərdə liderlik uğrunda qələbə üçün mübarizə aparacaq.

Türkiyə Super Liqası

31-ci tur, 29 aprel

17.00.

"Osmanlıspor” – "İstanbul Başakşehir”

20.00.

"Qalatasaray” – "Beşiktaş”

Xəbər lenti