Xəzər Xəbər

Russel Bakıda ikinci yarışın qalibi oldu

İdman | 14:50 • 29 Aprel 2018
Russel Bakıda ikinci yarışın qalibi oldu
Bakıda "Formula 2" üzrə ikinci əsas yarış keçirilib.


Yarışda 10 komandanı təmsil edən 20 pilot birincilik uğrunda mübarizə aparıb. Pilotlar uzunluğu 6 kilometr olan Bakı trekində 45 dəqiqə ərzində 21 dövrə vurublar.

Yürüşün qalibi "ART Grand Prix” komandasının pilotu George Russel olub. O, 1 dəqiqə 56,891 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. "Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, "Pertamina Prema Theodore Racing”in sürücüsü Nik De Vries üçüncü çatıblar.

Qeyd edək ki, bu gün saat 16:10-da Formula 1 Azərbaycan Qran-Prisinin həlledici mərhələsinə start veriləcək.

Xəbər lenti