Xəzər Xəbər

`Sevilya` futbol klubu baş məşqçisini dəyişdi

İdman | 12:24 • 29 Aprel 2018
`Sevilya` futbol klubu baş məşqçisini dəyişdi

İspaniyanın "Sevilya” futbol klubunun yeni baş məşqçisi bəlli olub. Vinçentso Montella ilə yollarını ayıran Əndəlüs klubunun yeni çalışdırıcısı Xoakin Kaparros olacaq.

Bu barədə klub rəsmi açıqlama yayıb. 62 yaşlı mütəxəssis mövsümün sonuna kimi komandanı çalışdıracaq.

Qeyd edək ki, "Sevilya” 34 turdan sonra 48 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər lenti