Xəzər Xəbər

Superliqada iki yeni komanda Rəqabət güclənəcək

İdman | 11:14 • 29 Aprel 2018
Superliqada iki yeni komanda

Türkiyənin 1-ci liqasında mübarizə aparan "Çaykur Rizespor” və "Ankaragücü” komandaları Super Liqaya vəsiqəni təmin edib.

"Rizespor” komandası son matçda 1:0 hesablı qalibiyyət əldə edib və 66 xalla Super Liqaya vəsiqə qazanıb. Komanda 1 illik fasilədən sonra yenidən ölkənin ali liqasında mübarizə aparacaq.

İsmayıl Qartalın rəhbərliyi altında çıxış edən "Ankaragücü” isə "Manisaspor”a 3:0 hesabı ilə qalib gəlib. Bu nəticə komandanı 6 ildən sonra 62 xalla Super Liqaya çıxarıb.

Türkiyə Futbol Federasiyası "Rizespor” və "Ankaragücü”nün Liqa 1-in bitməsinə 1 həftə qalmış çempion və ikinci olmasını elan edib və komandalara uğur diləyib.

Xəbər lenti