Xəzər Xəbər

V Vüqar Həşimov Memorialının qalibi məlum olub

İdman | 15:23 • 28 Aprel 2018
V Vüqar Həşimov Memorialının qalibi məlum olub

Norveçli şahmatçı Maqnus Karlsen V Vüqar Həşimov Memorialının qalibi olub.


Şəmkirdə təşkil olunan yarışın sonuncu – doqquzuncu turunda dünya çempionu Maqnus Karlsen çinli Dinq Liren ilə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb.


Hesabındakı xalların sayını 6-ya çatdıran Maqnus Karlsen üçüncü dəfə Vüqar Həşimov Memorialının qalibi olub.


Hazırda turun digər partiyaları davam edir. Belə ki, Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Teymur Rəcəbov çexiyalı David Navara ilə, Polşa təmsilçisi Radoslav Voytaşek hollandiyalı Aniş Giri ilə, rusiyalı Sergey Karyakin Bolqarıstan idmançısı Veselin Toplaovla qarşılaşır. (AZƏRTAC)

Xəbər lenti