Xəzər Xəbər

Maradona istefa verdi

İdman | 10:41 • 28 Aprel 2018
Maradona istefa verdi

Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin I divizionunda çıxış edən "Əl-Fucayra” komandasının baş məşqçisi postundan istefa verib.

"Report” BBC-yə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis qarşıya qoyulan tapşırığı - komandanı yüksək dəstəyə çıxarmağı bacarmadığı üçün postundan ayrılıb.

Qeyd edək ki, Maradona ötən ilin mayından "Əl-Fucayra”ya rəhbərlik edirdi. O, 2008 – 2010-cu illərdə Argentina millisinin baş məşqçisi olub.

Xəbər lenti