Xəzər Xəbər

"Qalatasaray" "Beşiktaş"la derbiyə sürprizlə çıxacaq Bu mövsüm BİR İLK

İdman | 18:06 • 27 Aprel 2018
"Qalatasaray" "Beşiktaş"la derbiyə sürprizlə çıxacaq

Türkiyə Super Liqasının 31-ci həftəsi çərçivəsində keçiriləcək "Qalatsaray” – "Beşiktaş” matçında mövsüm ərzində bir ilk yaşanacağı gözlənilir.

Baş məşqçi Fatih Terim start heyətinin siyahısına sürpriz müdaxilə etməsə, "Qalatasaray” yalnız legioner oyunçularla meydana çıxacaq.

"Qalatasaray”ın "Beşiktaş” derbisi üçün ehtimal olunan heyətində bu futbolçular yer alıb:

Qapıçı: Fernando Muslera

Müdafiəçilər: Mariano, Pereyra Maikon, Ceyson Denayer, Naqatomo

Yarımmüdafiəçilər: Rayn Donk, Fransisko Fernando, Geri Rodriqes, Sofiane Deqhouli

Hücumçular: Yunes Belhanda, Bafetimbi Qomis

"Beşiktaş” isə səfərə bu futbolçular ilə yollana bilər:

Qapıçı: Fabrisio Ramirez

Müdafiəçilər: Gökhan Gönül, Pepe, Dusko Tosiç, Adriano Ferreira

Yarımmüdafiəçilər: Atiba Hatçinson, Geri Medel, Rikardo Quareşma, Taliska,

Hücumçular: Alvaro Neqredo, Rayn Babel.

Qeyd edək ki, matç 29 aprel Bakı vaxtilə saat 20:00-da "Türk Telekom Arena”da keçiriləcək.

Əlavə olaraq, "Qalatasaray" "qara qartallar"ın baş məşqçisi Şenol Güneşə "Fənərbaxça"ya qarşı oyunda baş verən hadisələr səbəbilə tribunadan xüsusi dəstək göstərəcəyini bildirib.

Xəbər lenti