Xəzər Xəbər

Məhəmməd Salah yenə ən yaxşı oldu Bu dəfə Çempionlar Liqasında

İdman | 16:40 • 27 Aprel 2018
Məhəmməd Salah yenə ən yaxşı oldu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

XəzərXəbər xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən sorğuya əsasən, İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salah həftənin ən yaxşı oyunçusu adına layiq görülüb.

Misirli ulduz 92% səs toplayıb. Salahın yarışda yeganə rəqibi İspaniyanın "Real Madrid" komandasının müdafiəçisi Marselo isə 8% səs toplayıb.

Qeyd edək ki, Məhəmməd Salah Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə İtaliyanın "Roma" komandasının qapısına 2 qol vurmuş və 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Xəbər lenti