Xəzər Xəbər

Oksley-Çemberland DÇ-2018-də iştirak etməyəcək

İdman | 16:55 • 26 Aprel 2018
Oksley-Çemberland DÇ-2018-də iştirak etməyəcək

İngiltərə və "Liverpul” klubunun futbolçusu Oksley-Çemberland DÇ-2018-də iştirak etməyəcək. O, Çempionlar Liqasının yarımfinal mərhələsinin "Roma" ilə ilk oyunda dizinən aldığı zədəyə görə Dünya Çempionatını buraxmalı olacaq.


Oyunçunun bərpa müddəti hələ müəyyənləşdirilməyib, lakin zədələnmə dərəcəsi ciddi olduğundan futbolçu Dünya Çempionatını, o cümlədən mövsümün sonuna qədər keçiriləcək digər qarşılaşmaları buraxmalı olacaq.


Qeyd edək ki, Dünya Çempionatının matçları 14 İyun-15 İyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək. İngiltərə yığması qrup mərhələsində Tunis, Panama və Belçika komandaları ilə mübarizə aparacaq. (AZƏRTAC)

Xəbər lenti