Xəzər Xəbər

"Beşiktaş"ın futbolçusu üçün mövsüm başa çatdı

İdman | 16:07 • 23 Aprel 2018
"Beşiktaş"ın futbolçusu üçün mövsüm başa çatdı

"Beşiktaş"ın heyətində ciddi itki baş verib.

"Qara qartallar"ın müdafiəçisi Caner Erken sıradan çıxıb. İstanbul təmsilçisinin sol cinah müdafiəçisi Super Liqanın 30-cu turunda "Yeni Malatyaspor"la qarşılaşmada (3:1) zədələnib.

Sağ ayağının diz bağları qopan Türkiyə millisinin üzvünün durumu ciddidi. Müalicəsinə başlanılan Caner Erkin üçün mövsüm erkən başa çatmalı olub. Belə ki, 29 yaşlı müdafiəçi mövsümün qalan matçlarında komandasına kömək edə bilməyəcək.

Xəbər lenti