Xəzər Xəbər

Final püşkü atıldı: Kubok oyunu bu saatda başlayacaq

İdman | 14:33 • 23 Aprel 2018
Final püşkü atıldı:

Azrbaycan kuboku çərçivəsində "Qəbələ” və "Keşlə” arasında keçiriləcək 2017/2018-ci illər mövsümünün final görüşünün püşkü atılıb.

Peşəkar Futbol Liqasında təşkil olunan püşkatmanın nəticəsinə əsasən, "Keşlə” finalın nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü 28 may Respublika günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək.

Xəbər lenti