Xəzər Xəbər

Azərbaycan gimnastı Berlində iki qızıl medal qazanıb

İdman | 13:10 • 23 Aprel 2018
Azərbaycan gimnastı Berlində iki qızıl medal qazanıb

Almaniyanın paytaxtı Berlində gənclər arasında idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.


Ölkəmizi təmsil edən idman gimnastikası üzrə yığma komandamız 23 ölkə arasında fərqlənməyi bacarıb. Belə ki, millimizin üzvü Səməd Məmmədli iştirak etdiyi 3 final mərhələsinin ikisində yüksək nəticə göstərərək qızıl medala sahiblənib. Təmsilçimiz dəstəli at üzərində hərəkətlərinə görə, 12.850 xalla, paralel qollarda isə 13.250 xalla birinciliyi əldə edib.


Turnikdə çıxışına görə, S.Məmmədli hakimlərdən 11.150 xal alaraq 4-cü yerdə qərarlaşıb. (AZƏRTAC)

Xəbər lenti