Təxminən 2 ay sonra Rusiyada təşkil olunacaq futbol üzrə Dünya Kuboku öncəsi FİFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb və Almaniya yığması zirvədə yer alıb. Braziliyanın ikinci olduğu cədvəldə, Belçika üçüncü, Portuqaliya isə dördüncü pillədə qərarlaşıb.
Statistika FİFA sıralamasında birinci olan ölkələrin Dünya Kubokunda uğursuzluğa düçar olduğunu göstərir. 1994-cü ildən indiyədək keçirilən mundialların heç birində FİFA reytinqində ilk pillədə olan milli komanda çempion ola bilməyib.
ABŞ - 1994
1. Almaniya (1/4 final)
2. Hollandiya
3. Braziliya (çempion)
4. İtaliya (finalçı)
Fransa - 1998
1. Braziliya (finalçı)
2. Almaniya
3. Çexiya
18. Fransa (çempion)
Cənubi Koreya və Yaponiya - 2002
1. Fransa (qrupdan çıxa bilmədi)
2. Braziliya (çempion)
3. Argentina
11. Almaniya (finalçı)
Almaniya - 2006
1. Braziliya (1/4 final)
2. Çexiya
8. Fransa (finalçı)
13. İtaliya (çempion)
Cənubi Afrika - 2010
1. Braziliya (1/4 final)
2. İspaniya (çempion)
3. Portuqaliya
4. Hollandiya (finalçı)
Braziliya - 2014
1. İspaniya (qrupdan çıxa bilmədi)
2. Almaniya (Çempion)
3. Braziliya
5. Argentina (finalçı)
Publika.az