Xəzər Xəbər

V Vüqar Həşimov Memorialında dördüncü turun partiyaları başlayıb

İdman | 15:38 • 22 Aprel 2018
V Vüqar Həşimov Memorialında dördüncü turun partiyaları başlayıb

Şəmkirdə V Vüqar Həşimov Memorialında dördüncü tura start verilib.


AZƏRTAC xəbər verir ki, dördüncü turda Şəhriyar Məmmədyarov bolqarıstanlı Veselin Topalovla, Teymur Rəcəbov Norveç təmsilçisi Maqnus Karlsenlə, Rauf Məmmədov polşalı Radoslav Voytaşeklə, hollandiyalı Aniş Giri Çin şahmatçısı Dinq Lirenlə, Rusiya idmançısı Sergey Karyakin isə çexiyalı David Navara ilə qarşılaşır.


Qeyd edək ki, üç turdan sonra bütün şahmatçıların hesabında 1,5 xal var.

Xəbər lenti