Xəzər Xəbər

“Real Madrid” Ronaldoya yeni müqavilə təklif edəcək

İdman | 14:03 • 21 Aprel 2018
“Real Madrid” Ronaldoya yeni müqavilə təklif edəcək

İspaniyanın "Real Madrid" klubu ulduz futbolçusu Kriştianu Ronaldoya Rusiyada keçiriləcək dünya çempionatına kimi yeni müqavilə təklif etmək niyyətindədir.

AS nəşrinin verdiyi məlumata görə, klub rəhbərliyi 33 yaşlı futbolçu ilə müqavilənin şərtlərini yaxşılaşdırmağı planlaşdırır.

Portuqaliyalı hücumçu təklifdən xəbərdardır və bu təşəbbüsü müsbət qarşılayıb.

Xəbərdə bildirilir ki, yeni müqavilənin müddəti 2021-ci ilin iyun ayına qədər olacaq. Futbolçu isə illik 30 milyon avro qazanacaq.

Xəbər lenti