Xəzər Xəbər

PSJ-dən daha bir bomba: 6 milyonluq futbolçuya 200 milyon...

İdman | 16:14 • 20 Aprel 2018
PSJ-dən daha bir bomba:

PSJ "Real"ın futbolçusunu transfer etmək istəyir.


AS qəzeti xəbər verir ki, Paris klubu Kasemiroya elçi düşüb.


PSJ futbolçunun müqaviləsindəki sərbəst qalma maddəsindən istifadə etmək niyyətindədi. Həmin maddəyə əsasən 200 milyon avro ödəniləcəyi halda Kasemiroya azad agent statusu veriləcək.


PSJ hətta bu futbolçudan Neymarın transferində də yararlana bilər. Belə ki, braziliyalı ulduzun "Real"a transferi gündəmdədi. Neymar Madridə üz tutsa, PSJ müəyyən məbləğlə yanaşı Kasemironu da tələb edəcək.


Qeyd edək ki, Kasemironu 2013-cü ildə "San Paulo"dan 6 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 60 milyon avro qiymət qoyub. Cari mövsümdə 40 rəsmi oyuna çıxan 26 yaşlı yarımmüdafiəçi 7 qol vurub və 3 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti