Xəzər Xəbər

"Bavariya" "Real"ı mübarizədən kənarlaşdıra bilər"

İdman | 13:44 • 20 Aprel 2018
"Bavariya" "Real"ı mübarizədən kənarlaşdıra bilər"

Çempionlar Liqasının yarım finalında "Real" ilə qarşılaşacaq "Bavariya" nın idarə heyətinin sədri Karl-Haynz Rummenige iddialı açıqlamalar edib.

Madrid təmsilçisinin güclü olduğunu dilə gətirən klub rəsmisi bunları söyləyib:

"Real"ı mübarizədən kənarlaşdıra biləcək bir klub varsa, bu, "Bavariya"dır. Komandamızda çoxlu sayda keyfiyyətli futbolçu var. Yupp Haynkes yaxşı şəkildə komandanı formalaşdırıb. Qısqanclıq və ya paxıllıq hissi komandada yoxdur. Möhtəşəm bir kollektiv ruhu var".

Qeyd edək ki, cütün ilk oyunu aprelin 25-də Münhendə, cavab matçı mayın 1-i Madriddə baş tutacaq.

Xəbər lenti