Xəzər Xəbər

Mourinyo: "Bəziləri kimi 20 il titulsuz qalmıram"

İdman | 17:45 • 19 Aprel 2018
Mourinyo:

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

"Mançester Siti"nin bu mövsüm çempion olmasından sonra tənqidlərə tuş gələn portuqaliyalı mütəxəssis 4 ölkədə 8 çempionluq yaşadığını xatırladıb:

"Çempionluğun necə əldə edildiyini bilirəm. Bəziləri kimi 20 il titulsuz qalmıram. 4 ölkədə 8 çempionluq yaşamışam. Elə İngiltərədə 3 dəfə çempion olmuşam. Bu mövsüm çempion olmamağımızın səbəbini bilmirəm. Əlbəttə, "Mançester Siti"nin gücünə şübhə yoxdur. Hər komponentdə üstün olduqları üçün yarışın qalibi oldular. Ancaq ötən mövsümlə müqayisədə 10 xal çox toplamışıq. Bunu da nəzərə almalıyıq".

Qeyd edək ki, Mourinyo "Portu" (2), "İnter" (2), "Real" (1) və "Çelsi" ilə 3 dəfə liqa çempionluğu qazanıb.

Xəbər lenti