Xəzər Xəbər

Neymar mundialda kimin parlayacağını açıqladı

İdman | 16:49 • 19 Aprel 2018
Neymar mundialda kimin parlayacağını açıqladı

Neymar bu yay Rusiyada baş tutacaq dünya çempionatında adından söz etdirə biləcək ulduzlardan danışıb.

"A Bola” xəbər verir ki, braziliyalı mundialda parlamaq perspektivi olanları yada salıb: "Dünya çempionatında dünyanın ən yaxşı oyunçuları cəmləşəcək.

Fikrimcə, Koutinyo və Qabriel Jezus diqqət mərkəzinə düşəcək futbolçulardı. Eləcə də Məhəmməd Salah. Salah güclü yığmanın üzvü olmasa da, nəticəni müəyyənləşdirə biləcək adlardandı.

Başqaları da var: De Brüyne, Eden Hazard, Luis Suares olduqca yüksək səviyyədə oyun sərgiləyirlər. Yəni sadaladıqlarımın hər birindən nəsə gözləməyə dəyər”./fanat.az

Xəbər lenti