Xəzər Xəbər

Ronaldu öz rekordunu təkrarlayıb

İdman | 09:07 • 19 Aprel 2018
Ronaldu öz rekordunu təkrarlayıb

Madridin "Real" klubunun hücumçusu Kriştianu Ronaldu futbol üzrə İspaniya çempionatının 33-cü turunda evdə "Atletik Bilbao"nun qapısına qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.

"Report” xəbər verir ki, "Santyaqo Bernabeu"da keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb.

Futbolçu "Real"ın heyətində 12 oyun ardarda qol vurmaqla öz rekordunu təkrarlayıb. Portuqaliyalı hücumçu bu göstəriciyə 2014/2015-ci illər mövsümündə çatıb.

Ronaldunun hesabında ümumilikdə ölkə çempionatının 25 oyununda 24 qol var.

Xəbər lenti