Xəzər Xəbər

"Mançester Yunayted"in transfer mənbəyi: Poqba!

İdman | 17:25 • 18 Aprel 2018
"Mançester Yunayted"in transfer mənbəyi:

Premyer Liqada "Mançester Siti"nin çempionluğunu elan etməsindən sonragələcək mövsüm üçün hazırlıqlara başlayan "Mançester Yunayted"də şok bir qərar qəbul edildi.

XəzərXəbər xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Jose Mourinyo mövsüm sonunda Pol Poqbanın satılması barədətəlimat verib. İngiltərə mətbuatında yer alan xəbərə görə, Poqbadan başqa, Lyuk Şou, Mateo Darmian, Daley Blind, Xuan Mata, Ander Herra kimi adların da siyahıda yer alacağı bildirilib. Xəbərdə Antoni Marsial üçün də yaxşı bir təklif gəlməsi halda satışına icazə veriləcəyi qeyd edilib. "Qırmızı şeytanlar" bu satışlardan yaxşı gəlir qazanaraq iddialı heyət qurmaq üçün transferlər edəcək.

Qeyd edək ki, "Mançester Yunayted" ilə 2021-ci ilədək müqavilə bağlayan 25 yaşlı Poqbabu mövsüm 30 matçda 5 qol vurub və 10 assist edib.

Xəbər lenti