Xəzər Xəbər

İstanbul nəhəngləri bir futbolçuya görə ÜZ-ÜZƏ

İdman | 16:33 • 18 Aprel 2018
İstanbul nəhəngləri bir futbolçuya görə

Türkiyənin 3 nəhəngi – "Beşiktaş”, "Qalatasaray” və "Fənərbaxça” argentinalı ulduz uğrunda qarşı-qarşıya gəlib.

"Şaxtyor Donetsk”in ulduzu Fakundo Ferreyra mövsümün sonunda komandadan ayrılacaq və sərbəst qalacaq.

Üç böyüklər də bu fürsətdən istifadə edib futbolçunun adını transfer siyahısının başına yazıb.

Argentinalı futbolçu ilə "Fənərbaxça”nın xüsusi maraqlandığı bildirilir. Bu mövsüm böyük bir forvard sıxıntısı çəkən "bülbüllər” 38 matçda 28 qol vuran Ferreyranı mütləq şəkildə transfer etmək istəyir. "Qalatasaray” isə 27 yaşlı futbolçunu Bafetimbi Qomisin partnyoru olaraq düşünür. Cenk Tosunun "Everton”a transferindən sonra heyətinə qatdığı forvardlardan istədiyini ala bilməyən "Beşiktaş” isə Ferreyradan əl çəkmək niyyətində deyil.

Qeyd edək ki, Ferreyra 2013-cü ildə "Velez”dən "Şaxtyor Dontesk”ə transfer olunub. 2014-cü ildə icarə əsasında "Nyukasl”a keçən forvard hər iki ayağını ustalıqla istifadə etməyi bacarır.

"Transfermarkt” Ferreyraya 7 milyon avro qiymət qoyub./publika.az

Xəbər lenti