Xəzər Xəbər

FIDE prezidenti Şəmkirə gəlir

İdman | 14:11 • 18 Aprel 2018
FIDE prezidenti Şəmkirə gəlir

Aprelin 18-də məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2018” superturnirinin açılış mərasimi keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov tədbirdə iştirak etmək üçün Şəmkirə gələcək.


Qeyd edək ki, superturnirin təntənəli açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 18:30-da başlayacaq.

Xəbər lenti