Xəzər Xəbər

İbrahimoviç hamını çaşdırdı: mundialda iştirak edəcək?

İdman | 13:40 • 18 Aprel 2018
İbrahimoviç hamını çaşdırdı:

Qışda "Mançester Yunayted"dən ayrılaraq MLS təmsilçisi "Los Ancles Qalaksi"yə transfer olan isveçli ulduz Zlatan İbrahimoviç 2018-ciil dünya çempionatında çıxış edə biləcəyi haqda siqnal verdi.

2016-ci il Avropa çempionatından sonra yığma karyerasına son qoyan 36 yaşlı futbolçu "twitter" hesabında paylaşım edərək azarkeşləri həyəcanlandırıb. İbrahimoviç sosial şəbəkə hesabında "Dünya kubokunda oynamaq şansım skyhöga" paylaşımını edib. Daha sonra "skyhöga" sözünün mənasının İsveç dilində "çox yüksək" olduğu məlum olub.

Qeyd edək ki, ulduz futbolçu ötən günlərdə etdiyi açıqlamasında:"İstəsəm, dünya çempionatında İsveç formasıyla oynayaram" söyləyib.

Xəbər lenti