Xəzər Xəbər

Aquero mövsümü başa vurdu: dünya çempionatına yetişəcək?

İdman | 12:18 • 18 Aprel 2018
Aquero mövsümü başa vurdu:

"Mançester Siti”nin hücumçusu Serxio Aquero mövsümü başa vurmalı olub.

"Mançester Yunayted"lə matçda ciddi zədə alan forvard əməliyyat olunub. Argentinalı oyunçu mövsümün digər matçlarında çıxış etməyəcək.

30 yaşlı hücumçunu həkimlər dünya çempionatına yetişdirməyə çalışacaqlar. Onun mundialda iştirak edəcəyi proqnozlaşdırılır.

Serxio Aquero bu mövsüm Premyer Liqada 21 qol vurub.

Xəbər lenti