Xəzər Xəbər

Mourinyo: "Mançester Siti"nin yerinə olsaydım üzülərdim"

İdman | 16:11 • 17 Aprel 2018
Mourinyo:

"Gələn mövsüm çempion olacağımıza inarıram. Öz işimə güvənirəm. 8 kubokum və 3 Premyer Liqa çempionluğum var. Son Premyer Liqa çempionluğumu 20 il əvvəl qazanmamışam. Sadəcə 3 il əvvəl idi və necə qazanılacağını bilirəm. Özümə inanıram, amma meydana çıxıbözüm oynamıram".


Bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo deyib.


Portuqaliyalı mütəxəssis "Mançester Siti"nin mövsümün sonuna 5 tur qalmış çempionluğu təmin etməsindən də danışıb: "O şansı əldə edən kimi "Mançester Siti"ni üz-üzə təbrik edəcəm. Əgər onların yerinə olsaydım, "Mançester Yunayted"in "Vest Bromviç"ə uduzmasından sonra çempion olduğumuz üçün üzülərdim. "Mançester Siti" çempion oldu, çünki bu mövsüm ən yaxşı oyunu onlar oynadı və çox az xal itirdilər".


"Mançester Siti"ni 3:2 hesabı ilə yendikləri matçla bağlı danışan Mourinyo "Buna görə çox sevinmədim. Çünki mənim 8 kubokum var. Bu qələbə sadəcə 3 xal demək idi. Bu məni super xoşbəxt edən qələbə deyildi. Amma bəziləri buna görə çox sevindi. Mən isə 8 kubokum olduğu üçün çox təcrübəliyəm və bu səbəbdən çox sevinmədim. Həftə boyu qələbəyə çox sevinən insanlarla mübahisə etmək məcburiyyətində qaldım" deyib.


Fanat.Az

Xəbər lenti