Xəzər Xəbər

Salah: "Çempionlar Liqasını qazansaq, digər mükafatlar vecimə deyil"

İdman | 15:57 • 17 Aprel 2018
Salah:

"Liverpul" ilə karyerasının ən yaxşı mövsümünü keçirən Məhəmməd Salah açıqlama verib.

Bu mövsüm oynadığı 45 matçda 40 qol vuran və "Qızıl butsı" mükafatını qazanmaqda əsas namizədlərdən olan misirli ulduzbununlabağlı danışıb:

"Həqiqətən çox gözəl bir hissdir. Amma komandam üçün qol vururam və bunun üçün çox xoşbəxtəm. Əgər Çempionlar Liqası çempionluğunu və "Qızıl butsı"dan birini seçməli olsaydım, şübhəsiz Çempionalar Liqasınıseçərəm. Bu titulu qazansaq, çox xoşbəxt olaram. Digər şeylər vecimə də olmaz".

Premyer Liqada 30 qolla bombardir olan Salah Harri Keyn (25) və Serxio Aqueronu (21) qabaqlayır. 25 yaşlı vinger qol kralı olmaq istədiyini deyib:

"Yalan deməyəcəm: bombardir olmaq istəyirəm. Komanda yoldaşlarım mənə ötürmə edib, yardım etmək istəyirlər. "Tottenhem"li futbolçular da Keyn üçün bunu edirlər. Bu, belədir, amma komandanın uğuru daha önəmlidir".

Xəbər lenti