Xəzər Xəbər

"Roma"dan Alison Bekerlə bağlı transfer açıqlaması: "Satılmayacaq!"

İdman | 15:31 • 17 Aprel 2018
"Roma"dan Alison Bekerlə bağlı transfer açıqlaması:

2 mövsüm əvvəl Braziliyanın "İnternasional" klubundan 8 milyon avroya transfer olan qapıçı Alison Beker haqqında çıxan transfer xəbərlərinə "Roma"dan cavab gəldi.

"Real", PSJ və "Liverpul"un tranfersiyahısında olduğu iddia edilən Allison üçün "Roma"nın prezidenti Ceyms Palotta braziliyalı əlcək sahibini satmayacaqlarını deyib:

"İnsanların nə üçün Bekerin növbəti mövsüm bizimlə olub-olmayacağınadanışmasına təəccüblənirəm. Satılmayacaq! Alisonu göndərmək fikrimiz yoxdur. Bəzi təkliflər olacaq, amma bizonu satmaq fikrində deyilik. Çünkio, möhtəşəm qapıçıdır".

Qeyd edək ki, Braziliya millisinin üzvü olan 25 yaşlı qolkiper 2016-cı ildən "canavarlar"da çıxış edir.

Xəbər lenti

Çox oxunanlar