Xəzər Xəbər

"Neftçi" yeni legioner aldı

İdman | 17:06 • 27 Mart 2018
"Neftçi" yeni legioner aldı

2018/19 mövsümünə transfer hazırlıqlarına indidən başlayan "Neftçi” heyətinə yeni futbolçu qatıb. Apasport.az xəbər verir ki, "ağ-qaralar” Haiti millisinin üzvü ilə gücləniblər.

Belə ki, paytaxt təmsilçisi Soni Mustivarla anlaşıb. 28 yaşlı yarımmüdafiəçi ilə münasibətlər rəsmiləşdirilib. Lakin onunla neçə illik müqavilənin imzalandığı açıqlanmayıb.

Əvvəllər "Bastia”, "Orleans” və "Petrolul” klublarında oynamış Mustivarın son iş yeri "Sportinq Kansas Siti” olub.

Qeyd edək ki, 2013-cü ildən Haiti yığmasına çağırılan Soni Mustivar bu vaxta qədər millidə 9 oyun keçirib.

Xəbər lenti

Çox oxunanlar