Xəzər Xəbər

Oyun zamanı basketbolçunun ürəyi dayandı

İdman | 11:38 • 27 Mart 2018
Oyun zamanı basketbolçunun ürəyi dayandı

Bir neçə gün əvvəl oyun zamanı ürəyi dayanan ABŞ-ın "Qrand Rapids” klubunun basketbolçusu Zek Apşou xəstəxanada dünyasını dəyişib.

APA-nın xəbərinə görə, bu barədə Milli Basketbol Assosiyasiyasının (NBA) saytı məlumat verib.

Məlumata əsasən, həkimlərin səylərinə baxmayaraq 26 yaşlı basketbolçunu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "Qrand Rapids” - "Detroyt Pistons” matçı (G liqası) zamanı huşunu itirən Z.Apşou xəstəxanaya yerləşdirilmişdi.

Xəbər lenti