Xəzər Xəbər

“Mançester Siti” İsko üçün 86 milyon təklif etdi

İdman | 11:30 • 27 Mart 2018
“Mançester Siti” İsko üçün 86 milyon təklif etdi

"Mançester Siti” futbol klubu cari mövsüm başa çatandan sonra "Real”ın oyunçusu İskonu heyətinə cəlb etmək istəyir.

İspaniya yığmasının 25 yaşlı futbolçusunun sentyabrda imzaladığı müqaviləyə əsasən, təzminat məbləği 700 milyon avro təşkil edir. "Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola ispaniyalı yarımmüdafiəçini komandasında görmək istəyir. "Mançester Siti” İsko üçün "Real”a 86 milyon avro təklif edib.

İngiltərənin "Mançester Yunayted”, "Çelsi” və "Arsenal” klubları da İskoyla maraqlanır.

İskonun "Kral” klubu ilə müqaviləsi 2020-ci ilədək nəzərdə tutulub. İsko cari mövsümdə 40 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xəbər lenti