Xəzər Xəbər

UEFA-dan möhtəşəm yenilik ÇL-in mükafat sistemi dəyişir

İdman | 16:38 • 26 Mart 2018
UEFA-dan möhtəşəm yenilik

UEFA Çempionlar Liqasındakı mükafat sistemini dəyişmək niyyətindədir.

Bundan sonra qitənin ən nüfuzlu futbol turnirində iştirak edən komandalar liqadakı əvvəlki uğurlarına görə də mükafat əldə edəcəklər.

Mükafat fondu 4 kateqoriyadan ibarət olacaq. Mükafatın 30 faizi klubların ÇL tarixindəki uğurlarına görə veriləcək. Bunun üçün də komandaların ÇL tarixindəki çıxışları nəzərə alınmaqla, reytinqləri müəyyənləşəcək.

Çempionlar Liqasının ümumi mükafat fondunun 1,9 milyard avro olacağı gözlənilir./publika.az

Xəbər lenti