Xəzər Xəbər

Aquero "Mançester Siti"dən ayrılacağı tarixi açıqladı

İdman | 13:51 • 26 Mart 2018
Aquero "Mançester Siti"dən ayrılacağı tarixi açıqladı
Argentina millisinin və "Mançester Siti"nin hücumçusu Serxio Aquero gələcək karyerası haqda danışıb.

Aquero müqaviləsi başa çatdıqdan sonra "şəhərlilər"dən ayrılacağını və vətəninə qayıdacağını bəyan edib:

"Mançester Siti"dəmüqavilə bitənə kimi - 2020-ci ilə qədər oynayacam. Daha sonra isə Argentinaya dönəcəm və "İndependiente" üçün çıxış edəcəm".

Milli komanda ilə bağlı danışan 29 yaşlı forvard bunları qeyd edib:

"Yığma komandada özümü borclu hiss edirəm. Bunu ödəməyin tək yolu dünya çempionatını qazanmaqdır".

Qeyd edək ki, Aquero 2003/2006-cı illərdə "İndependiente"də oynayıb. Forvard daha sonra Madrid "Atletiko"su və "Mançester Siti"yə keçib. Argentinalı futbolç bu mövsüm 37 oyuna 30 qol vurub və 7 assist edib.

Xəbər lenti