Xəzər Xəbər

Futbolçular bədənlərinə şəkil döydürə bilməyəcək - QADAĞA

İdman | 13:30 • 26 Mart 2018
Futbolçular bədənlərinə şəkil döydürə bilməyəcək -

Çinli futbolçular yaxın gələcəkdə yeni bir qadağa ilə üzləşə bilərlər.


Xezerxeber.az məlumat verir ki, çinli futbolçuların bədənlərinə şəkil döydürməsi qadağan ediləcək.


Çinin gənclərdən ibarət yığma komandasının oyunçuları Suriya komandası ilə matçda, milli komandanın futbolçuları isə Uels komandası ilə oyunda gənc televiziya tamaşaçılarına nümunə olmaması üçün öz bədənlərindəki döymə şəkillərin üstünə lent yapışdırıblar.


Çin Futbol Assosiasiyası həm milli liqada, həm də oyunçuların yaşlarından asılı olmayaraq bütün yığma komandalarda çinli oyunçuların öz bədənlərinə şəkil döydürməsinin qadağan olunması barədə qərar hazırlayır.


Çində televiziyada çıxış edən artistlərin də bədənlərinə şəkil döydürməsi qadağandır.

Xəbər lenti