Xəzər Xəbər

İbrahimoviçdən Bekhemlə bağlı açıqlama: "Onun dediyi hər şey..."

İdman | 11:59 • 26 Mart 2018
İbrahimoviçdən Bekhemlə bağlı açıqlama:

Amerikanın "Los Anceles Qalaksi” komandasına transfer olan isveçli ulduz Zlatan İbrahimoviç açıqlama verib.

36 yaşlı ulduz yeni liqaya keçmək səbəbini açıqlayıb.

O, bildirib ki, Amerika liqasına qatılmaqda Devid Bekhemin böyük rolu var:

"PSJ-də oynayarkən Devid ilə tanış olmuşdum. "LS Qalaksi” haqqında danışırdı. Amerikada oyun təcrübəsi var idi. Onunla söhbətləşəndə mənə Amerikaya getməli olduğumu, orada hər şeyin fantastik olduğunu dedi. Onun dediyi hər şey məndə müsbət fikirlər oyatdı. Məncə, ABŞ-a gəlməyim taleyin işidir. Verə biləcəyim çox şey var. Oynamaq üçün səbrsizlənirəm. İlk dəfə konfet verdiyiniz uşaq kimiyəm. Uuzn zamandır oynanmıram, ancaq oynamağı çox istəyirəm. 20 il dünyanın ən böyük klublarında, ən yaxşı futbolçularla oynadım. Artıq başqa bir qitəni sınamaq vaxtı gəlmişdi”.

Təcrübəli futbolçu milli komandaya geri qayıda biləcəyinə dair ehtimalları da irəli sürüb:

"Mən Zlatanam. Əgər İsveç forması ilə Dünya Kubokunda oynamaq istəsəm, orada da oynayaram”.

Xəbər lenti