Xəzər Xəbər

Fransalı ulduz "Fənərbaxça"dan gedir

İdman | 11:25 • 26 Mart 2018
Fransalı ulduz "Fənərbaxça"dan gedir

"Fənərbaxça” klubunun baş məşqçisi Aykut Kocamanın ehtiyat oyunçular skamyasına məhkum etdiyi futbolçu Mateu Valbuena haqqında yeni iddia ortaya çıxıb.

33 yaşlı oyunçunun 1 illik müqavilə müddəti qalmasına baxmayaraq, Türkiyə klubundan ayrılacaq.

Buna səbəb onun son dövrlərdə komandada istədiyi şansları əldə edə bilməməsi və buna görə xəyal qırıqlığı yaşamasıdır. "Mercato365” saytının iddiasına görə, Valbuena yay transfer pəncərəsində başqa bir komandaya transfer olacaq.

Qeyd edək ki, Valbuena Türkiyə Super Liqasında iştirak etdiyi 23 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib./publika.az

Xəbər lenti