Xəzər Xəbər

"Mançester"in ulduzu "Real"a transfer olacaq

İdman | 11:10 • 26 Mart 2018
"Mançester"in ulduzu "Real"a transfer olacaq

"Mançester Yunayted”in ulduzu Paul Poqba "Real”a transfer oluna bilər.

Bu barədə İngiltərə mediası iddia yayıb.

Xəbərə görə, 2016-cı ildə 105 milyon avro qarşılığında "Yuventus”dan "qırmızı şeytanlar”a keşən fransalı ulduzla komandanın baş məşqçisi Xose Mourinyo arasında problemlər var.

"MY” Poqbanı yüksək məbləğə satmaqla istədiyi oyunçuları almaq niyyətindədir.

Aleks Sandro, Toni Krus, Marko Veratti və Markinso kimi ulduzları heyətinə qatmaq istəyən "qırmızı şeytanlar” bu transferlər üçün 200 milyon avroluq büdcə ayıracaq./publika.az

Xəbər lenti