Xəzər Xəbər

`Qarabağ` Ndlovun yerinə bu futbolçunu gətirir

İdman | 11:03 • 26 Mart 2018
`Qarabağ` Ndlovun yerinə bu futbolçunu gətirir

"Qarabağ”ın maraq dairəsində olan Xama Billiata daha bir müştəri çıxıb.

XəzərXəbər məlumat verir ki, Qol.az-ın "citizen.co.za” saytına istinadən yaydığı xəbərə görə, ABŞ-ın "Los Anceles Qalaksi” klubu "Mamelodi Sandaunz”un 28 yaşlı hücumçusunu transfer etmək istəyir. Ancaq iddiaya görə, zimbabveli forvardın yeni mövsümdən Azərbaycanda oynamaq ehtimalı daha yüksəkdir:

"Ölkə xaricindən Billiatla maraqlanan bir neçə klub var. Onlardan biri də "Los Anceles Qalaksi”dir. Billiat növbəti mövsümdən başqa ölkədə çıxış edəcək, Cənubi Afrikada qalmayacaq. Transfer məsələsində "Qarabağ” 1 addım öndədir. Onlar futbolçunun meneceri ilə daim əlaqə saxlayırlar. Danışıqlar müsbət yöndə davam edir. Futbolçunun meneceri deyib ki, Billiat tezliklə "Qarabağ”ın futbolçusu olacaq".

Xəbər lenti