Xəzər Xəbər

PSJ-dən Antonio Konteyə rəsmi təklif

İdman | 10:35 • 26 Mart 2018
PSJ-dən Antonio Konteyə rəsmi təklif

Mövsümün sonunda Unai Emeri ilə yolları ayırmağa hazırlaşan PSJ baş məşqçi axtarışlarını davam etdirir.

Paris təmsilçisinin rəhbərliyi "Çelsi"nin baş məşqçisi Antonio Kontenin agenti ilə görüş keçirib və ilk təklif göndərib. "Guardian"da yer alan məlumata görə, paytaxt klubu italiyalı mütəxəssisə illik 12 milyon avro maaş verməyə hazırdır. Xəbərdə qeyd edilib ki, "Çelsi"nin transfer siyaəstindən narazı olan və bunu tez-tez dilə gətirən Konte ayrılmağa müsbət yanaşır.

Qeyd edək ki, 48 yaşlı baş məşqçi 2016-cı ildən "Çelsi"ni çalışdırır və ötən mövsüm London təmsilçinə Premyer Liqa çempionluğu bəxş edib.

Xəbər lenti