Xəzər Xəbər

"Barselona"nın futbolçusu "Liverpul"un hədəfində

İdman | 10:31 • 26 Mart 2018
"Barselona"nın futbolçusu "Liverpul"un hədəfində

"Liverpul" mövsümü sonunda komanda ilə müqaviləsi başa çatan və ayrılmaq qərarı verən Əmrə Cana alternativ axtarmaqda davam edir.

"Qırmızılar" "Barselona"da xoşbəxt olmadığını açıqlayan Andre Qomeşə göz dikib. Komandaya adaptasiya olmaqda problem yaşayan portuqaliyalı yarımmüdafiəçi "Liverpul"un transfer radarına düşüb. İspaniya mətbuatında yer alan xəbərə görə,Qomeşin karyerasını "Liverpul"da davam etdirməyə isti yanaşır.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan 24 yaşlı futbolçu 2016-cı ildən "Barselona"da çıxış edir.

Xəbər lenti