Xəzər Xəbər

Xorvatiyada futbolçu oyun zamanı ölüb

İdman | 17:19 • 25 Mart 2018
Xorvatiyada futbolçu oyun zamanı ölüb

Xorvatiyada oyun zamanı sinəsinə top dəyən futbolçu ölüb.

APA-nın məlumatına görə, bu barədə Xorvatiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Hadisə Xorvatiyada üçüncü liqada "Marsoni" və "Slavoni" komandaları arasında görüşdə baş verib. Oyun zamanı "Slavoni" komandasının yarımmüdafiəçisi Bruno Bobanın sinəsinə top dəyib və o, yerə yıxılıb. Komandanın həkimi təcili oyunçuya yardım edib, meydana təcili tibbi yardım maşını gəlib. Ancaq buna baxmayaraq, futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

B. Bobanın ölümünün səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, bu il martın İtaliyanın "Fiorentina" komandasının kapitanı David Astori mehmanxanada həyatını itirib.

Xəbər lenti