Xəzər Xəbər

UEFA “PSJ” klubunu 43 min avro cərimələdi

İdman | 15:22 • 23 Mart 2018
UEFA “PSJ” klubunu 43 min avro cərimələdi

UEFA-nın intizam komitəsi Çempionlar Liqasının 1/8 finalında "PSJ”nin "Real” (1:2) ilə cavab görüşü zamanı fransız azarkeşlərin davranışına görə "PSJ” klubunu cərimələyib.


AZƏRTAC xəbər verir ki, UEFA-nın "PSJ”yə cərimə tətbiqi fanatların alov şousu ilə bağlıdır. Azarkeşlər azı 150 fayerdən istifadə ediblər ki, nəticədə oyun iki dəqiqə dayandırılıb. Onlar, həmçinin lazer fanarlardan istifadə ediblər.


"PSJ” klubu isə təhlükəsizlik qaydalarını pozub – stadionda zəif nəzarət olub, qəza çıxışı bağlı olub.


UEFA Avropa Kubokunun növbəti matçlarında "PSJ”nin fanat tribunasını bağlamaq barədə də qərar verib.

Xəbər lenti