Xəzər Xəbər

“Real Madrid” Qaret Beylin transfer qiymətini açıqlayıb

İdman | 15:07 • 23 Mart 2018
“Real Madrid” Qaret Beylin transfer qiymətini açıqlayıb

"Real Madrid”in uelsli hücumçusu Qaret Beyl 120 milyon avro müqabilində klubdan ayrıla bilər.


AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, uelsli hücumçu İngiltərənin "Çelsi”, "Mançester Yunayted” və "Tottenhem” klublarının maraq dairəsindədir.


İyirmi səkkiz yaşlı futbolçu "Real Madrid”in prezidenti Florentino Perez ilə görüşüb. O, transfer təklifinin klubu qane edəcəyi halda, İngiltərə Premyer Liqasına geri dönməyə razılıq verib.


Xatırladaq ki, Q.Beyl 2013-cü ilin sentyabrında 100 milyon avro müqabilində Madrid klubuna transfer olub. Hücumçu çıxdığı 119 oyunda 63 qol vurub.

Xəbər lenti