Xəzər Xəbər

“Mançester Yunayted” Zlatan İbrahimoviç ilə muğaviləyə xitam verib

İdman | 12:21 • 23 Mart 2018
“Mançester Yunayted” Zlatan İbrahimoviç ilə muğaviləyə xitam verib

"Mançester Yunayted” klubu isveçli futbolçu Zlatan İbrahimoviç ilə müqaviləyə xitam verildiyini rəsmən elan edib. İndi isveçli futbolçunun azad agent kimi ABŞ-ın "Los-Anceles Qalaksi” klubuna keçəcəyi gözlənilir.


AZƏRTAC xəbər verir ki, "PSG”, "Milan”, "Barselona”, "İnter”, "Yuventus”, "Ajaks” və "Malmö” klublarında forma geymiş Z.İbrahimoviç 2016-cı ilin yayında azad agent kimi "qırmızı şeytanlar”ın heyətinə keçib. İlk sezonda 46 matçda 28 qol vuran futbolçu keçən ilin aprelində dizindən ciddi zədə alaraq səkkiz ay yaşıl meydandan uzaq qalıb.


Hücumçunun "qırmızı şeytanlar”la müqaviləsinin müddəti cari mövsümun sonunda başa çatsa da, klub rəhbərliyi müqaviləni ləğv edərək oyuncuya azad agent statusu verib.

Xəbər lenti