"Milan” klubu "Boka Xuniors” (Argentina) klubunun hücumçusu Pavon ilə maraqlanır.
AZƏRTAC "Tuttosport”a istinadla xəbər verir ki, "Milan” futbolçunu almaq imkanlarını öyrənir. Argentina klubu isə Pavonun satışından 35 milyon avro qazanmaq niyyətindədir.
"Milan” vaxtilə "Boka Xuniors”un maraq göstərdiyi müdafiəçi Qustavo Qomesin də sövdələşməyə daxil olunmasını təklif edə bilər.