Xəzər Xəbər

“Atletiko Madrid” Paulo Dibalanı istəyir

İdman | 13:43 • 21 Mart 2018
“Atletiko Madrid” Paulo Dibalanı istəyir

İtaliyanın "Yuventus” futbol klubunun hücumçusu Paulo Dibala "Atletiko Madrid”ə keçə bilər.

Madrid klubu Antonie Qrizmanın "Barselona”ya satışından əldə etdiyi bütün gəlirləri argentinalı oyunçunu almağa sərf edəcək.

Qeyd edək ki, A.Qrizmanın transferinin yayda gerçəkləşəcəyi gözlənilir.

Artıq P.Dibala "Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə görüşündə mümkün ola biləcək müqavilə barəsində müzakirə aparıb.

Xəbər lenti