Xəzər Xəbər

Neymar PSJ-dəki qazancından NARAZIDIR Rəhbərlik qarşısında şərt qoydu

İdman | 12:14 • 19 Mart 2018
Neymar PSJ-dəki qazancından NARAZIDIR

Mövsümün sonunda PSJ-dən ayrılmaq istəyən Neymar klub rəhbərliyinin qarşısına şərt qoyub.

Hazırda zədəsini sağaltmaqla məşğul olan ulduz futbolçu rəhbərlikdən maaşının artırılmasını tələb edib. Braziliyalı hücumçu yalnız bu halda komandada qala biləcəyini bildirib.

Qeyd edək ki, Neymar hazırda PSJ-də həftəsinə 750 min avro qazanır. O, bu məbləğin 1,13 milyon olmasını istəyir./publika.az

Xəbər lenti