Xəzər Xəbər

"Mançester Siti" ÇL-də rekorda imza atdı

İdman | 15:36 • 9 Mart 2018
"Mançester Siti" ÇL-də rekorda imza atdı

"Mançester Siti” Çempionlar Liqasında yeni rekorda imza atıb.

"Şəhərlilər” bir oyundakı ötürmələrin sayına görə rekord göstərici ilə yadda qalıb. Pep Qvardiolanın komandası ÇL-in 1/8 final mərhələsinin "Bazel”lə cavab oyununda 978 ötürmə edib ki, bu da turnirdə yeni göstəricidir.

Qeyd edək ki, "Mançester Siti” martın 4-də İngiltərə Premyer Liqasının 29-cu turunda "Çelsi” ilə oyunda da 902 ötürmə ilə ölkə çempionatında yeni rekord müəyyənləşdirmişdi.

Xəbər lenti