Xəzər Xəbər

Prezident təsdiq etdi: "Qremio"nun futbolçusu "Barselona"ya keçir

İdman | 15:32 • 9 Mart 2018
Prezident təsdiq etdi:

"Qremio"nun yarımmüdafiəçisi Artur Ramosun "Barselona"ya transferi bu həftə həllini tapacaq.

Bu barədə məlumatı Braziliya klubunun prezidenti Romildo Bolzan verib. Onun sözlərinə görə, gənc futbolçunun keçidi bu həftə rəsmiləşəcək: "İndi yalnız transferin necə başa çatacağı məsələsi müzakirə olunur. Sənədlər hələ imzalanmayıb, amma hər şey son mərhələdədi. Sabah və ya birigün müqaviləin imzalanacağını düşünürəm. Bəzi hüquqi məsələlər qalıb, o da son mərhələdədi".

Qeyd edək ki, 21 yaşlı futbolçu "Qremio"nun yetirməsidir.

Xəbər lenti